İQTİSADİYYAT


Strateji Yol Xəritəsi: Ümumi Daxili Məhsulun 605 milyon manat artacağı proqnozlaşdırılır

Bakı, 9 yanvar, AZƏRTAC

2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş strateji məqsədlərə nail olunması nəticəsində Azərbaycanda 2020-ci ildə real Ümumi Daxili Məhsulun 400 milyon birbaşa və 205 milyon dolayı olmaqla, ümumilikdə 605 milyon manat artacağı və 10 min 900 birbaşa və 8 min dolayı olmaqla, 18 min 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üçün təxminən 3 milyard 160 milyon manat investisiya vəsaitinin tələb olunacağı proqnozlaşdırılır.

Bu isə müvafiq texniki-iqtisadi əsaslandırmalar aparıldıqdan sonra dövlət-özəl maliyyələşdirmə mənbələri hesabına təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.