ELM VƏ TƏHSİL


Strateji Yol Xəritəsi böhrandan çıxış yollarının müəyyənləşməsində konkret istiqamətverici sənəddir

A+ A

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda fakültənin dekanı, dosent Gəray Musayev respublikada mövcud olan böhranlı vəziyyətə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində 2016-cı ilin səmərəli islahatlar ili olduğunu söyləyib. Maliyyə resurslarının səmərəli realizə olunması hökumətin qarşısında duran vəzifələri uğurla həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşmasına əsaslı imkan yaradıb. Məhz bu amillərdən asılı olaraq, 2016-cı ildə ölkə iqtisadiyyatında müsbət meyillər yaranıb və davam etməkdədir.

İştirakçılar “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin əhəmiyyətindən danışıblar. Qlobal maliyyə böhranının yeni mərhələyə qədəm qoyduğu bir dövrdə qarşıda duran vəzifələrə toxunaraq, böhrandan çıxış yollarının müəyyənləşməsində və onun reallaşdırılmasında Strateji Yol Xəritəsinin konkret istiqamətverici sənəd olduğunu vurğulayıblar.

Sonda G.Musayev bildirib ki, seminarda səsləndirilən fikirlər gələcəkdə tədris prosesində maliyyə və mühasibat ixtisası üzrə təhsil alan tələbələrin hazırlığında əsas istiqamətlərdən biri kimi istifadə olunacaq. Dekan qeyd edib ki, Strateji Yol Xəritəsinin ayrı-ayrı bölmələrinin öyrənilməsi, seminarda müzakirəsi və təhlili fakültədə davam etdiriləcək. Eyni zamanda, tədris prosesində əsas fəaliyyət istiqaməti kimi tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.