İQTİSADİYYAT


Strateji Yol Xəritəsi: mənzil tikintisində əsas diqqət Bakı və rayon mərkəzlərinə yönəldiləcək

A+ A

Bakı, 26 dekabr, AZƏRTAC

Mənzilləri uyğun qiymətə təqdim etmək baxımından torpağın əldə edilməsi ilə əlaqədar xərclərin optimallaşdırılması, həmçinin yerləşdiyi məkanın əlverişliliyi – iş yeri mərkəzlərinin, nəqliyyat və sosial infrastrukturun mövcudluğu xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilib.

Qeyd olunub ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA MMC) dövlət mülkiyyətində olan boş torpaq sahələrini uyğun qiymətə mənzil tikintisi layihələrində istifadəyə cəlb etməklə, xərclərin azaldılmasına nail olacaq.

Uyğun qiymətə mənzil təminatı üçün nəzərdə tutulan torpaq sahələri bir neçə yolla təmin oluna bilər. Belə ki, öz rayonunda uyğun qiymətə mənzil təkliflərini artırmaq marağında olan icra orqanları “MİDA” MMC-nin əlverişli torpaq sahəsi ilə təmin edilməsi, xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqların dövlət vəsaiti hesabına alınaraq “MİDA” MMC-nin sərəncamına verilməsi və dövlət mülkiyyətində olan torpaq sahələrindən uyğun qiymətə mənzil təminatı üçün istifadə edilməsi mümkündür.

Bundan əlavə, 2016–2018-ci illərdə əsas diqqəti Bakı və rayon mərkəzlərinə yönəltməklə, urbanizasiyanın və mənzil təminatına tələbatın yüksək olduğu ərazilərdə mənzil tikintisinin həyata keçirilməsi, 2018–2025-ci illər üçün nəzərdə tutulan ölkədaxili mənzil təminatı planının və 2025-ci ildən sonra rayonlarda əsaslı şəkildə yenidənqurma işlərinin aparılması diqqət mərkəzində saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.