ELM VƏ TƏHSİL


Strateji yol xəritələri ölkənin gələcək iqtisadi inkişafının təmin edilməsində böyük önəm daşıyacaq

Bakı, 13 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi şurasının iclasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” ilə bağlı müzakirələr aparılıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva strateji yol xəritələrinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, milli inkişafın bütün istiqamətlərində önəmli uğurlara imza atmış, XXI əsrin onuncu illərində iqtisadiyyatın artım səviyyəsinə görə dünya öncülü olmuş Azərbaycan zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənib. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman da mövcud çətinliklərin aradan qaldırılmasında və ölkənin gələcək iqtisadi inkişafının təmin edilməsində böyük əhəmiyyət daşıyacaq.

G.Baxşəliyeva bildirib ki, strateji yol xəritələrində əks olunan kompleks tədbirlərin icrasında dövlət qurumları ilə yanaşı, sadə insanlardan tutmuş vətəndaş cəmiyyətinin institutlarına qədər bütün maraqlı tərəflərin yaxından iştirakı və dəstəyi zəruridir.

İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev qeyd edib ki, strateji yol xəritələrinin onların icrasında başlıca məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətinin və sosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Strateji yol xəritələri ölkə iqtisadiyyatının keyfiyyətcə yeni dönəmə keçidini şərtləndirir. Onun icrası Azərbaycan milli iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də ölkə həyatının bütün sahələrində tərəqqini təmin edəcəyinə, dövlətimizi beynəlxalq arenada daha da gücləndirəcəyinə görə, mühüm stratejı əhəmiyyətə malikdir.

Digər çıxış edənlər də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ni dəstəklədiklərini və onun icrasının ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacağına əminliklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.