İQTİSADİYYAT


Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına xüsusi təkan verəcək

A+ A

Bakı, 23 dekabr, AZƏRTAC

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına xüsusi təkan verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi əvəzi Faiq Səmədov dekabrın 23-də “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində "Sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması yolları” mövzusunda keçirilən “dəyirmi masa”da deyib. Tədbir İqtisadi Tədqiqatlar Mərkəzi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilati dəstəyi ilə keçirilib.

O son vaxtlar ölkədə həyata keçirilən islahatlardan və özəl sektora göstərilən dövlət qayğısından söhbət açıb. Bildirib ki, bu yaxınlarda təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına xüsusi təkan verəcək. F.Səmədov azexport.az saytının istifadəyə verilməsini yüksək qiymətləndirərək, ixrac potensialının artırılması istiqamətində ciddi dönüş olacağını qeyd edib.

Tədbirdə idxal-ixrac əməliyyatları aparan sahibkarlar, o cümlədən ictimai təşkilatların, audit və konsaltinq şirkətlərinin, digər təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.