İQTİSADİYYAT


Strateji yol xəritəsinə dair 10 kitab nəşr edilib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədilə yaradılmış işçi qrupu 10 kitabdan ibarət ilk toplunu hazırlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 1500 səhifəyə yaxın həcmdə olan toplu strateji yol xəritəsinin dörd əsas sektorunu, iki sosial sahəni və iqtisadi infrastrukturun üç istiqamətini əhatə edir. On kitabda cəmlənmiş material, əsasən, dünya təcrübəsində ən yaxşı və Azərbaycanın iqtisadi inkişafı üçün ən uyğun nümunələrdən ibarətdir. On kitabın hazırlanmasında işçi qrupun rəhbərliyi ilə dünyanın və Azərbaycanın yüzlərlə qabaqcıl eksperti öz töhfəsini verib.

Kitablar rəy verilməsi üçün Azərbaycan Respublikasının Baş nazirinə, müvafiq nazirlik, komitə və digər qurumlara təqdim edilib. Hazırda strateji yol xəritəsinin Azərbaycana uyğunlaşdırılmış tövsiyələri üzərində iş yekunlaşdırılmaq üzrədir. Yekunda isə bir il üçün təfsilatlı yol xəritəsi, 2016–2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı hədəf baxışı son nəşrdə öz əksini tapacaq.

Qeyd edək ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədilə işçi qrupu Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. İşçi qrupun rəhbəri Natiq Əmirov Prezidentin İqtisadi islahatlar üzrə köməkçisidir. İşçi qrupun üzvləri maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və maliyyə nazirinin müavini Emin Hüseynovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.