MƏDƏNİYYƏT


“Stullar” tamaşası yenidən nümayiş olunacaq

Bakı, 11 yanvar, AZƏRTC

Yanvarın 16-da Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına “Zəfər” studiyasının səhnəsində məşhur dramaturq Ejen İoneskonun “Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, üç personajın rol aldığı səhnə əsəri rejissor İlkin Mehdiyevin quruluşunda təqdim olunacaq. Faciə janrında olan tamaşada xalq artistləri Rafiq Əzimov və Həmidə Ömərova da rol alıblar.

Tamaşanın bədii rəhbəri Xalq Artisti Azərpaşa Nemətovdur. Səhnə əsərində iki uğursuz insanın həyat tərzi, yaşam tarixçəsi canlanır. Tamaşanın qəhrəmanı olan iki qarı və qoca reallıqda yaşamır, uğursuz həyatlarına rəng qatmaq istəyində çırpınırlar. Tamaşa davam etdiyi müddətdə səhnədə saysız-hesabsız stullar dayanır. Heç kəsin əyləşmədiyi stullar bir predmetə deyil, tamaşanın qəhrəmanına çevrilir. Məhz tamaşanı canlı edən də bu stullardır. Tənhalıqlarını unutmaq üçün qarı və qoca bir oyun fikirləşərək hər gün evlərinə xəyali qonaqlar dəvət edirlər.

Qeyd edək ki, maraqlı səhnə əsərinin əsas məğzini insanın həyatdan bezməsi və tənha otaqda qalan iki yaşlı adamın son vidası təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.