DÜNYA


Ştutqart aeroportunda terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Bakı, 18 iyun, AZƏRTAC

Almaniya polisi Ştutqart şəhər aeroportunda Bolqarıstan marşrutu üzrə uçan təyyarədə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, bu barədə “Stuttgarter Zeitung” nəşri məlumat yayıb.

Bildirilir ki, saxlanılanların həqiqətən terror aktı törətmək və ya zarafat etmək niyyətində olduqları hələlik məlum deyil. Şübhəlilərin yaşı və milli mənsubiyyətləri barədə də heç bir məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.