DÜNYA


Ştutqart prokurorluğu “Volkswagen” konserninin rəhbərliyinə qarşı təhqiqata başlayıb

Bakı, 11 may, AZƏRTAC

Ştutqart prokurorluğu Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” konserninin icraçı direktoru Mattias Müllerə qarşı təhqiqata başlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, icraçı direktor avtomobillərin buraxdığı işlənmiş qazlarla manipulyasiya etməkdə şübhəli bilinir. Burada söhbət Müllerin “Volkswagen” konserninin törəməsi olan “Porsche SE” kompaniyasının direktorlar şurasının üzvü qismində fəaliyyətindən gedir.

“Volkswagen” konserninin rəhbərliyinə qarşı ittiham Federal Maliyyə Sektoruna Nəzarət İdarəsi tərəfindən irəli sürülüb. Qurum 2016-cı ildə avtomobil istehsalçısının menecerlərinin “Porsche SE” kompaniyasının aksiyaları üzrə informasiyaları manipulyasiya etməsindən şübhələnərək prokurorluğa müraciət edib.

Braunşveyq şəhərinin məhkəməsi də, həmçinin analoji manipulyasiyaları təhqiq edir. Bu işdə “Volkswagen” markasının inkişafına cavabdeh olan Pötş Vinterkorn və Herbert Diss şübhəli bilinirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.