DÜNYA


Ştutqartda dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək

Bakı, 1 avqust, Elvin Camalov, AZƏRTAC

Almaniyanın Ştutqart şəhərində dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək.

AZƏRTAC “ntv.com.tr” saytına istinadla xəbər verir ki, bu barədə qərar Almaniyanın Ətraf Mühiti Qoruma Təşkilatının tələbi əsasında Ştutqart İnzibati Məhkəməsi tərəfindən qəbul edilib və 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək. Buna səbəb isə dizel mühərrikli nəqliyyat vasitələrinin insan orqanizmi üçün zərərli olan nitrit oksid emissiya etməsidir. Bu zərərli maddələrin azaldılması mümkün olmadığına görə dizel mühərriki ilə işləyən avtomobillərin yollara çıxması qadağan edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.