CƏMİYYƏT


Su ehtiyatlarının mühafizəsi üzrə 191 akt və 104 protokol tərtib olunub

Bakı, 24 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində su ehtiyatlarının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, ETSN əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə su ehtiyatlarının mühafizəsi üzrə 191 akt və 104 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 208 müddətli məcburi göstəriş verilib. 104 iş üzrə 91610 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 2 iş üzrə 5206,48 manat məbləğində iddia qaldırılıb, 873 iş üzrə 432697,5 manat məbləğində ödəmə tətbiq edilib.

Hüquq mühafizə orqanlarına göndərilən 12 işdən 1-nə, icra qruplarına göndərilən 56 işdən 24-nə və məhkəmələrə göndərilən 12 işdən 2-nə baxılaraq müvafiq tədbirlər görülüb, 53 iş isə hazırda icraatdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.