İQTİSADİYYAT
Su sayğacları ilə bağlı “Elektron hökumət” portalı üzərindən müraciət etmək olar
Bakı, 20 fevral, AZƏRTAC
İstehlakçılar su sayğacının plomblanması, quraşdırılması və dəyişdirilməsi üçün “www.e-gov.az” portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər. Belə ki, “Azərsu” ASC-nin təqdim etdiyi “Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
“Elektron hökumət” portalından AZƏRTAC-a bildirilib ki, xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə portalda təqdim edilən audentifikasiya vasitələrindən biri ilə portalda qeydiyyatdan keçməlidir. Daha sonra ASC-nin təqdim etdiyi xidmətlər içərisindən “Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət seçilməli, təqdim edilən pəncərədə abonent kodu daxil edilməli və “Davam et” düyməsi seçilməlidir. Açılan pəncərədə daxil edilən koda uyğun abonent məlumatları görünür.
Ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/508 linkindən əldə etmək olar.