CƏMİYYƏT


Su təsərrüfatı və meliorasiya işçiləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 5 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə hər il iyunun 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyunun 5-də “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.