DÜNYA


Şübhəli bağlama Almaniyanın İstanbuldakı baş konsulluğunda böyük təşviş yaradıb

İstanbul, 28 iyun, АZƏRTAC

Almaniyanın İstanbuldakı baş konsulluğuna daxil olan bağlama böyük təşviş yaradıb.

Türkiyə KİV-lərinin məlumatına görə, bu diplomatik nümayəndəliyin təhlükəsizliyinə cavabdeh olan şəxslər kuryerin gətirdiyi bağlamadan şübhələnərək araşdırma üçün polisə müraciət ediblər. Əraziyə fövqəladə hallar üzrə mütəxəssislər cəlb olunub. Təhlükəsizlik məqsədilə bir neçə saat baş konsulluğun ərazisinə giriş-çıxış bağlanıb.

Bağlamada partlayıcı olmadığı bildirilsə də, hələlik onun içində nə olduğu və kim tərəfdən göndərildiyinə dair məlumat verilməyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.