ELM VƏ TEXNOLOGİYA


Süd Yolunun “toxumları” tapılıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC 

Astrofiziklər oyanmış iki cırtdan qalaktikası tapıblar. Bu barədə NASA məlumat yayıb. Tapıntıların yaşının 100 milyon olduğu ehtimal edilir.

“Balıq A” və “Balıq B” adlandırılan qalaktikalar Yerdən müvafiq olaraq 19 və 30 milyon işiq ili məsafəsində yerləşir. Öz yaşam dövrünün çox hissəsini kosmosun səhralıq bölgələrində keçirən bu qalaktikalar hazırda intensiv yeni ulduzlarla əhatə olunurlar. Astronomların hesablamalarına görə, hər bir qalaktikada təxminən 10 milyon işıqsaçan var.

Alimlər hesab edirlər ki, belə tapıntılardan Süd Yoluna bənzər iri qalaktikalar formalaşa bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.