SİYASƏT


Sudanlı iş adamı: Azərbaycanlı mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsini qətiyyətlə pisləyirəm

Bakı, 6 iyul, AZƏRTAC

Sudan Respublikasında yerləşən və Afrikanın 4 ölkəsində (Mavritaniya, Senegal, Qana, Qvineya) fəaliyyət göstərən “SUDANTEL Telekom” şirkətinin prezidenti, sudanlı iş adamı Tariq Zeynulabidin iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva (Quliyeva) Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın vəhşicəsinə qətlə yetirilməsini qətiyyətlə pisləyirəm, hadisənin baş verməsindən dərin təəssüfləndiyini bildirib.

Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, Tariq Zeynulabidin açıqlamasında bu hadisənin erməni vəhşiliyinin növbəti mərhələsi kimi qiymətləndirib, o, bundan öncə də ermənilərin Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdiklərini, bununla bağlı Sudan parlamentinin Xocalı soyqırımını etiraf edən qərar qəbul etdiyini diqqətə çatdırıb.

T.Zeynulabidin Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə riayət etməyə, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirməyə səsləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.