ELM VƏ TEXNOLOGİYA


Süddən bioparçalanma qabiliyyətinə malik qablaşdırma hazırlanıb

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Amerikalı alimlər tərəfindən süd zülalı əsasında yeyinti məhsulları üçün qablaşdırma hazırlanıb. Alimlərin sözlərinə görə, bioparçalanma qabiliyyətinə malik yeni qablaşdırmanı qidada istifadə etmək olar. Yeni ixtira plastik qablaşdırmadan fərqli olaraq ətraf mühiti çirkləndirmir və zərərli maddələr ifraz etmir.

Kazein əsasında hazırlanmış qablaşdırma oksigenin məhsulun daxilinə nüfuz etməsinə mane olaraq daha uzun müddət saxlanılmasına şərait yaradır. O plastik qablaşdırmayla müqayisədə oksigeni 500 dəfə daha az buraxır.

Tədqiqatçıların sözlərinə görə, kazein əsasında qablaşdırma 3 il ərzində istifadəçilərin ixtiyarına veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.