DÜNYA


Sükan arxasında əyləşən pensiyaçılar gənclərlə müqayisədə daha təhlükəsizdirlər

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

Uelsdə Suonsi Universitetinin Qocalma Proseslərini Tədqiqat Mərkəzinin alimləri müəyyən ediblər ki, sükan arxasında əyləşən pensiyaçılar başqalarına təhlükə yaratmırlar.

AZƏRTAC “rns.online” saytına xəbər verir ki, tədqiqatın nəticələri Britaniya Elm Festivalında təqdim edilib.

Yaşlı sürücülərin nə qədər çox qəza törətmələrini müəyyənləşdirmək məqsədilə mütəxəssislər polis protokollarını araşdırıblar və pensiyaçıların trenajorda məşq zamanı reaksiya sürətini ölçüblər. Məlum olub ki, yaşı 70-dən yuxarı sürücülər qəza zamanı başqaları ilə müqayisədə özlərinin zəifliyi səbəbindən daha tez zədələnə və ya həlak ola bilələr. Lakin onların qəza törətmə ehtimalı 17-21 yaşında sürücülərdən dörd dəfə azdır.

Tədqiqatçılar bildiriblər ki, pensiyaçılar özlərinə daha çox nəzarət edirlər və qeyri-münasib şəraitdə, o cümlədən “pik” saatında sükan arxasına əyləşmir, gecə vaxtı magistralda maşın sürmürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.