ELM VƏ TEXNOLOGİYA


Şükrü Halük Akalın: Ortaq lüğətlərin hazırlanması vacibdir

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Halük Akalınla görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Mövsüm Nağısoylu qonağa rəhbərlik etdiyi qurumda görülən işlər barədə məlumat verib.

Bakı ilə bağlı xoş təəssüratlarını bölüşən Ş.Akalın Dilçilik İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib. Ortaq lüğətlərin hazırlanmasının vacibliyini vurğulayan alim türk dilinə keçən sözlərdən də bəhs edib. Diqqətə çatdırılıb ki, Türkiyə türkcəsindən erməni dilinə 1500, erməni dilindən isə türk dilinə 15 söz keçib. Onların hamısı vulqar sözlərdir.

Sonda qonaq gənc alimlərin və əməkdaşların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.