DÜNYA
Sülh üzrə Nobel mükafatı Osloda təqdim olunub VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Norveçin Oslo şəhərində Sülh üzrə Nobel mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. Uşaqların hüquq müdafiəçisi hindistanlı Kaylaş Satyartxi və pakistanlı Malala Yusufzaya qızıl Nobel medallarını və diplomları Norveç Nobel Komitəsini sədri Turbörn Yaqland təqdim edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Kaylaş Satyartxi özünün Nobel mühazirəsində uşaqlara arzulamağı qadağan etməkdən böyük zorakılığın olmadığını deyib. O, həmçinin dünyanın bu qədər kasıb olduğuna inanmadığını və hərbi təlimlərə bir həftədə ayrılan vəsaitin bütün uşaqlar üçün məktəb qapılarını aça biləcəyini də qeyd edib.
Nobel Komitəsi hindistanlı hüquq müdafiəçisinin uşaq əməyindən sui-istifadəyə qarşı 40 illik fəaliyyətini qiymətləndirərək onun qurduğu “Uşaqlığı xilas edin” hərəkatı sayəsində bir çox uşağın təhsil ala bildiyini alqışlayıb.
hindistanlı Kaylaş Satyartxi və pakistanlı Malala Yusifzay bundan sonra hər iki ölkə arasında sülh və əmin-amanlığın bərqərar olması üçün birgə işləyəcəkləri barədə razılığa gəliblər.