İDMAN
“Sülh yürüşü” Azərbaycanda
İran İslam Respublikasından olan həvəskar velosipedçi Azad Rəhmətullah başlatdığı “Sülh yürüşü” çərçivəsində Azərbaycana gəlib.
AZƏRTAC xəbər verir ki, səyahətə on gün əvvəl başlayan velosipedçi bir neçə gün ölkəmizdə olacaq.
Qonaq oktyabrın 23-də Azərbaycan Velosiped İdmanı Federasiyasının ofisində qurumun baş katibi Fərhad Əliyev ilə görüşüb. A.Rəhmətullahın başladığı “Sülh yürüşü”nü yüksək qiymətləndirən federasiya rəsmisi belə tədbirlərin ölkələr və xalqlar arasındakı münasibətlərə müsbət təsir göstərdiyini deyib. O, Azərbaycanda velosiped idmanının son illərdə keçdiyi inkişaf yolundan danışıb.
Səmimi görüş üçün təşəkkürünü bildirən A.Rəhmətullah iki ay davam edəcək “Sülh yürüşü” haqqında məlumat verib. İranlı velosipedçi ümumilikdə dörd min kilometr məsafə qət edərək Gürcüstanda, Türkiyədə və Avropanın bir neçə ölkəsində olacaq.