DÜNYA


Sumatra adasında meşə yanğınlarının söndürülməsinə əlavə aviasiya cəlb olunub

A+ A

Tokio, 31 avqust, AZƏRTAC

İndoneziya Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi Sumatra adasında davam edən meşə yanğınlarını söndürmək üçün əraziyə əlavə aviasiya qüvvələri göndərib. Bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb.

Əyalətdə əməliyyatın rəhbəri Villem Rampenqelinin sözlərindən sitat gətirən qəzet yazır: “Ən ağır vəziyyət Riau əyalətində qeydə alınıb. Burada artıq xilasedicilər dəstəsi, 10 təyyarə və helikopterlər yanğınla mübarizəni davam etdirirlər. İşin daha çox səmərə verməsi üçün əraziyə daha iki helikopter göndərilib”.

Onun sözlərinə görə, görülən işlər nəticəsini verir və ötən sutkalar ərzində ərazidə cəmi bir yeni ocaq aşkar edilib. Buna baxmayaraq, əyalətdə ekoloji vəziyyət gərgin olaraq qalır, məktəblər hələ də bağlıdır. Yerli hakimiyyət orqanları bu addımı havanın çirklənmə dərəcəsi 360 vahid təşkil etdikdən sonra atıblar. Ümumi standartlara görə, havanın ciddi təhlükəlilik dərəcəsi 200 vahidə bərabərdir.

Süni peyklərdən aparılan çəkilişlərə görə, Klimantan və Sumtra adalarında ötən həftə 700 yeni yanğın ocağı aşkar edilib. Bununla yanaşı həmin rəqəm ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə çox azdır. Belə ki, ötən il belə ocaqların sayı 5,7 minə bərabər idi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.