CƏMİYYƏT
Sumer Baltaci: Bugünkü konqresdə azərbaycanlı həmkarlarımıza fayda verə bilsək, buna ancaq sevinərik
Bakı, 30 aprel, AZƏRTAC
Belə bir konqresdə iştirak etdiyimə görə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə öz minnətdarlığımı bildirirəm. Türkiyə və Azərbaycanın onkourologiya üzrə mütəxəssislərinin bir araya gəlməsi məni sevindirir. Gələcəkdə də hər iki ölkənin bu sahə üzrə mütəxəssislərinin belə konfranslarının davamlı olmasını arzulayırıq. Zənnimcə, bu, hər iki ölkənin bu sahə üzrə mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsi baxımından faydalı ola bilər. Bugünkü konqresdə azərbaycanlı həmkarlarımıza fayda verə bilsək, buna ancaq sevinərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 30-da Bakıda uroloqların ikinci beynəlxalq konqresində iştirak edən Ankara Universitetinin əməkdaşı Sumer Baltaci jurnalistlərə müsahibəsində deyib.
Sumer Baltaci müayinə olunmaq üçün ölkəmizdən Türkiyəyə üz tutanların sayında azalma olduğunu da qeyd edib. “Bizə uroloji xəstələr çox gəlmir. Amma deməliyəm ki, gələnlər var. İldə təqribən 30 nəfər bizə müraciət edir”, - deyə Sumer Baltaci bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]