DÜNYA


Sumo güləşçisi Hakuho qələbələrin sayına görə yeni rekord müəyyən edib

Tokio, 22 iyul, AZƏRTAC 

Sumo üzrə ən yüksək titula malik olan Hakuho qələbələrin sayına görə yeni rekord müəyyən edib.

İyulun 21-də Naqoya şəhərində keçirilən Qran-Sumo yarışlarında monqol mənşəli bu güləşçi “ozeki” titulunun ikinci mükafatçısı Takayaşuya qalib gələrək 1048-ci qələbəsini qazanıb.

Bununla Hakuho indiyə qədər sumo güləşi üzrə ən çox -1047 qələbə qazanan ozeki titulunun mükafatçısı Kayonun rekordunu təzələyib.

Qələbəsini şərh edən 32 yaşlı Hakuho deyib: “Bu gün qələbə üçün mənim gücüm kifayət etdi. Mən bu mükafatı qazanmağıma çox sevinirəm və Naqoyada göstərilən dəstəyə görə azarkeşlərimə minnətdaram”.

Turnirə hazırlıq zamanı məşqlərin gərginliyinə diqqət çəkən yeni rekordçu bildirib ki, məhz bu zəhmət nəticəsində böyük qələbə əldə edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.