REGİONLAR


Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümü əsaslı təmirdən çıxmış binada açacaq

A+ A

Sumqayıt, 5 sentyabr, AZƏRTAC 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında keçirilən iclasda yeni mövsüm planlarından danışılıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, teatr 48-ci mövsümü Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan, ən müasir tələblərə cavab verən binada açacaq.

İclasda cari ilin repertuarının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparılıb.

Yeni mövsümdə Hüseyn Cavid yaradıcılığından, polyak dramaturgiyasından əsərlərə müraciət olunması qərara alınıb. Həmçinin T.Özakmanın “Ocaq” əsərinin də səhnələşdirilməsi planlaşdırılır. Azyaşlı tamaşaçı kütləsi nəzərə alınaraq A.Şaiqin “Tülkü həccə gedir”, Q.Xuqayevin “Bir köpək vardı” və s. uşaq tamaşaları repertuara daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.