REGİONLAR


Sumqayıt Dövlət Universiteti növbəti məzunlarını yola saldı VİDEO

Sumqayıt, 1 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Tələbəlik illərinin acılı-şirinli anları artıq geridə qalır. İlboyu imtahan həyəcanı yaşayan məzunlar üçün ötən günlər indi artıq əlçatmaz bir arzu kimidir. Sumqayıt Dövlət Universitetində (SDU) yüzlərlə tələbə ali məktəbə, tələbəlik həyatına “əlvida” deyib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları ilə açıq elan olunub.

Rektor Elxan Hüseynov bu əlamətdar gün münasibətilə məzunları təbrik edərək xoş arzularını bildirib. Sumqayıt Dövlət Universitetinin ölkəmiz üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd edən rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları, beynəlxalq əlaqələri və respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan E.Hüseynov qeyd edib ki, Sumqayıt Dövlət Universitetinin məzunları Azərbaycan elminin inkişafına və çiçəklənməsinə töhfələr verirlər.

Universitetin professoru, Əməkdar Müəllim Həsən Sadıqov ali təhsil ocağının kollektivini məzun günü və doğma universitetin 55 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Çıxışlardan sonra təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara fərqlənmə diplomları, fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Universitetin özfəaliyyət kollektivinin və tanınmış incəsənət ustalarının ifaları tədbirə əlavə rəng qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.