REGİONLAR
Sumqayıt Dövlət Universitetində “Dini radikalizm və terror” mövzusunda seminar keçirilib
Sumqayıt, 1 dekabr, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) "Dini radikalizm və terror” mövzusunda seminar keçirilib. Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, seminarda dini radikalizm və dini fundamentalizmin yaratdığı təhlükələr, dini radikalizmin mahiyyəti, onların təbliğat üsulları və beynəlxalq terrorizm barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edənlər dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlərdən danışıblar. Bildirilib ki, ölkəmizdə həyata keçirilən uğurlu multikulturalizm siyasəti, xalqımızın uzun illərdir formalaşan tolerantlıq dəyərləri, müxtəlif xalqların və din nümayəndələrinin respublikamızda bir ailə kimi birgə yaşaması dünya tərəfində də təqdir olunur.
Sonda iştirakçılar dini radikalizmin meydana gəlməsinin fəlsəfi, sosial-psixoloji səbəbləri, eləcə də radikal dini cərəyanlarla mübarizə çərçivəsində aparılan profilaktik və preventiv tədbirlər barədə məlumatlandırılıblar.