REGİONLAR


Sumqayıt Dövlət Universitetində müasir dilçiliyin aktual problemləri müzakirə olunub

A+ A

Sumqayıt, 25 noyabr, AZƏRTAC 

Sumqayıt Dövlət Universitetində (SDU) “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SDU-nun Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə birgə təşkil etdiyi konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub.

SDU–nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, konfransda dünyanın bir çox ölkələrindən, respublikamızın elmi-tədqiqat institutlarından və ali məktəblərindən dəvət olunmuş dilçi-alimlər iştirak ediblər.

Konfransda “Müstəqillik dövründə dil siyasəti”, “Korpus dilçiliyi və filologiya”, “İşarə dili müasir dilçiliyin aktual problemlərindən biri kimi”, “Xarici dilin linqvodidaktik təsviri təcrübəsi”, “Azərbaycan dilinin terminologiyasında nizamasalma prosesi” mövzularında məruzələr dinlənilib.

Məruzələrdən sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında ədəbi dil və dil normaları qloballaşma şəraitində, mövcud vəziyyət və problemlər, kütləvi informasiya vasitələrinin dili, müqayisəli dilçilik, dillərin linqvodidaktik təsviri, üslubiyyat və semantika və digər mövzularda müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.