REGİONLAR


Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti kimya müəssisələri ilə tanış olub

Sumqayıt, 31 may, AZƏRTAC

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun rəhbərlik etdiyi 20 nəfərlik nümayəndə heyəti kimya istehsalatlarında səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bu günə qədər həyata keçirilmiş yenidənqurma işləri və istifadəyə verilmiş yeni qurğularla tanış olub, eyni zamanda, istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyada kimyəvi analizlər aparıb, buxar-generator kompleksinin iş prinsipi ilə maraqlanıblar. Həmçinin 2019-cu ilə qədər davam edəcək perspektiv layihələr haqqında məlumat verilib, həyata keçirilən və bu gün də davam etdirilən yenidənqurma işləri əyani şəkildə nümayəndə heyətinin üzvlərinə təqdim olunub.

“Azərikimya”da 2 aylıq ödənişli təcrübədə olan gənc kadrlarla görüşən nümayəndə heyətinə məlumat verilib ki, təcrübə keçən 31 nəfərdən 6-sı Sumqayıt Dövlət Universitetinin məzunudur. Qonaqlara “Azərikimya” İstehsalat Birliyinin respublikamızın aparıcı təhsil ocaqları ilə apardığı qarşılıqlı faydalı əməkdaşlığı haqqında məlumat verilib, bu universitetlərin arasında Sumqayıt Dövlət Universitetinin ön sıralarda olması istəyi dilə gətirilib. Qeyd olunub ki, bu görüşlərin əsas məqsədlərindən biri də Sumqayıt Dövlət Universiteti ilə şəhərimizdəki sənaye müəssisələrinin qarşılıqlı faydalı əməkdaşlığının miqyasını genişləndirmək, nəticə etibarilə kimya və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr arasından seçim yolu ilə bu müəssisələr üçün gələcəyin kimyaçı mühəndislərini yetişdirməkdir. Bu gün həm “Azərikimya”nın, həm də bu qəbildən olan digər müəssisələrin ixtisaslı və yüksək biliyə malik mühəndislərə çox böyük ehtiyacı var. Qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində Sumqayıt Dövlət Universiteti bu qəbildən olan kadrların hazırlanması baxımından mövcud boşluqları doldura bilər.

Sonra qonaqlar “SOCAR-Polymer” MMC-nin tikilməkdə olan 2 qurğusu ilə tanışlıq məqsədilə Sumqayıt Kimya sənaye Parkına gəlib, “Karbamid” zavoduna səfər ediblər.

Qonaqlar kimya müəssisələri ilə tanışlıqdan xoş təəssüratlarla ayrılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.