REGİONLAR


Sumqayıt Dövlət Universitetinin nümayəndələri kimya müəssisələrində olublar

Bakı, 30 may, AZƏRTAC 

Mayın 30-da Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun rəhbərlik etdiyi 20 nəfərlik professor-müəllim heyəti kimya müəssisələrində olublar.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bu günə qədər həyata keçirilmiş yenidənqurma işləri və istifadəyə verilmiş yeni qurğularla, eləcə də Buxar-generator kompleksinin iş prinsipi ilə yaxından tanış olub, istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyada kimyəvi analizlər aparıblar. Qonaqlara 2019-cu ilə qədər davam edəcək perspektiv layihələr haqqında məlumat verilib, həyata keçirilən yenidənqurma işləri nümayəndə heyəti üzvlərinə təqdim olunub.

“Azərikimya” İB-də ödənişli təcrübədə olan gənclərlə görüşən müəllimlərə məlumat verilib ki, müəssisədə 2 ay ərzində təcrübə keçən 31 nəfərdən 6-sı Sumqayıt Dövlət Universitetinin məzunlarıdır. Onlara “Azərikimya” İstehsalat Birliyinin respublikamızın aparıcı təhsil ocaqları ilə apardığı qarşılıqlı faydalı əməkdaşlığı haqqında məlumat verilib, bunların arasında Sumqayıt Dövlət Universitetinin ön sıralarda olması istəyi dilə gətirilib.

Sonra qonaqlar Sumqayıt Kimya sənaye Parkında “SOCAR-Polymer” MMC-nin tikilməkdə olan 2 qurğusu və “Karbamid” zavodu ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.