REGİONLAR


Sumqayıt Gənclər Evi könüllülük müsabiqəsi elan edir

Sumqayıt, 7 iyun, AZƏRTAC

Sumqayıtdakı Gənclər Evi könüllülük müsabiqəsi elan edib. Müsabiqənin məqsədi - gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır.

Könüllülər, həmçinin Sumqayıt Gənclər Evində keçirilən seminar, təlim, ingilis və rus dillərində danışıq klublarında, intellektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, fləşmoblarda iştirak edəcəklər. Müsabiqədə iştirak etmək üçün yaş həddi 14 - 29 dur.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, Müsabiqə 3 istiqamət - təşkilati işlər, müəllim köməkçisi, fotoqrafiya sənəti üzrə keçirilir. Könüllülük xidməti təşkilati işlər və fotoqrafiya sənəti üzrə 3 ay, müəllim köməkçisi kimi isə 4 ay müddətinə nəzərdə tutulub. Könüllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcək.

Müraciət etmək istəyənlər 26 İyun 2017-ci il tarixinə kimi CV-lərini [email protected] elektron ünvanına göndərə və ya “Sumqayıt Gənclər Evi”nə təqdim edə bilərlər.

Əlaqə nömrələri: (050) 862 01 80, (055) 887 42 52, (018)655 5 47 32

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.