REGİONLAR


Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzinin tikintisi başa çatıb

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzinin inşası artıq başa çatıb. Peşə Tədris Mərkəzində işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumi sahəsi 10660 kvadratmetr təşkil edən Peşə Tədris Mərkəzində auditoriyalar, fənn və peşə otaqları, kitabxanalar, yaradıcılıq otaqları, tibb məntəqəsi, təqdimat otağı, arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq.

Beş yüz nəfərin təhsil alacağı Peşə Tədris Mərkəzində sənayenin müxtəlif istiqamətləri üzrə (kimya, inşaat, mexatronika və s.) peşə hazırlığı həyata keçiriləcək. Mərkəzin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin kurrikulumlarına müvafiq olaraq "Paralel təhsil" ("dual education") modeli tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək.

Peşə Tədris Mərkəzində təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.