İQTİSADİYYAT


Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalı yaradılacaq

Bakı, 28 iyul, AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalı yaradılacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məsələ iqtisadiyyat naziri Şahin Mustafayevin Almaniyanın "TEMCO Group" şirkətinin rəhbəri Frank Templinlə görüşündə müzakirə olunub.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan iqtisadi islahatlar, biznes və investisiya mühiti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıq, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, eləcə də Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması barədə müzakirələr aparılıb.

Vurğulanıb ki, plastik tərkibli ehtiyat hissələri istehsalının təşkili üçün Sənaye Parkında xammal potensialı mövcuddur, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ticarət rejimi istehsal olunan məhsulların region ölkələrinin bazarlara ixrac imkanları yaradır.

Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkında peşə tədrisinin Almaniya təcrübəsi əsasında inkişafı da müzakirə olunub.

Görüşdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.