İDMAN


“Sumqayıt” Səudiyyə Ərəbistanı və Türkiyə klubları ilə qarşılaşacaq

Bakı, 15 iyul, AZƏRTAC

“Sumqayıt” futbol klubu 2017/2018-ci il mövsümü üçün hazırlığını davam etdirir. Hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Bolu bölgəsində keçirəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

AZƏRTAC kluba istinadla xəbər verir ki, “Sumqayıt” iyulun 17-də Superliqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Komanda növbəti yoxlama oyununu üç gün sonra Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh” komandasına qarşı keçirəcək. İyulun 23-də üçüncü yoxlama görüşündə “Sumqayıt” Türkiyə təmsilçisi “Sivasspor”la üz-üzə gələcək. Komandamız son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”a qarşı keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.