İDMAN


“Sumqayıt” – “Kəpəz” matçında qalıb müəyyənləşməyib

A+ A

Bakı, 18 sentyabr, Elşad Qəzvini, AZƏRTAC

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.

Əvvəlcə “Sumqayıt” doğma meydanda Gəncənin “Kəpəz” klubunu qəbul edib. Turnir cədvəlində qonşu olan komandaların görüşü hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edib. Bu günədək ölkə çempionatlarında 12 dəfə üz-üzə gələn rəqiblərin bugünkü oyununda qalib müəyyənləşməyib.

Belə ki, ilk hissədə sönük keçən matçın ikinci hissəsi daha məhsuldar olub. Vaqif Cavadov 69-cu dəqiqədə vurduğu qolla “Sumqayıt”ı hesabda irəli çıxarıb-1:0. Üç dəqiqə sonra Kərim Diniyevin vurduğu qolla “Kəpəz” tarazlığı bərpa edib-1:1. Görüş heç-heçə başa çatıb.

Tur hazırda “İnter” - “Neftçi” görüşü ilə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.