İDMAN


“Sumqayıt” çimərlik futbolu üzrə superliqada “Zirə” ilə qarşılaşıb

Sumqayıt, 22 iyul, AZƏRTAC 

İyulun 21-də Azərbaycan çimərlik futbolu üzrə superliqa yarışlarına start verilib. Su İdmanı Sarayı ərazisində yerləşən çimərlik meydançasında “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Səbail” komandaları arasında keçirilən superliqa avqustun 5-dək davam edəcək.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, superliqanın açılış oyununda “Sumqayıt” “Zirə” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma rəqib komandanın 2-1 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, “Sumqayıt” superliqanın 2-ci turu çərçivəsində iyulun 22-də saat 17:30-da “Neftçi” ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.