İDMAN


“Sumqayıt” futbol klubu “Adana Demirspor”la yoxlama oyunu keçirib

Sumqayıt, 26 iyul, AZƏRTAC 

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Türkiyənin Bolu rayonunda növbəti oyuna çıxıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, komanda iyulun 25-də axşam məşqi əvəzinə Türkiyənin 1-ci liqa təmsilçisi “Adana Demirspor”la yoxlama oyunu keçirib. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda komandamızdan yeganə qolu Rəşad Eyyubov vurub.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun” komandasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.