İDMAN


“Sumqayıt” futbol klubu Səudiyyə Ərəbistanının “Al Khaleej” komandası ilə qarşılaşıb

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” futbol klubu ilk yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamızın ilk rəqibi Səudiyyə Ərəbistan təmsilçisi “Al Khaleej” klubu olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş ərəblərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada komandamızdan yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.

“Sumqayıt” növbəti yoxlama matçını iyulun 18-də keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.