İDMAN


“Sumqayıt” futbol klubu Türkiyədə 3 yoxlama oyunu keçirəcək

Sumqayıt, 7 yanvar, AZƏRTAC 

“Sumqayıt” futbol klubu Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığını davam edir. Hazırlıq proqramı çərçivəsində məşqlər baş məşqçi Samir Abasovun rəhbərliyi ilə “Kapital Bank Arena”da keçirilir.

Futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, komanda təlim-məşq toplanışının növbəti mərhələsini ötən mövsüm olduğu kimi Türkiyənin Antalya şəhərində keçirəcək. Belə ki, yanvarın 10-da dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq “Sumqayıt” futbol klubu qardaş ölkəyə yola düşəcək.

“Sumqayıt” Antalyada “The Sense De Luxe” otelində məskunlaşacaq. Komanda Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.