İDMAN


“Sumqayıt” futbol klubu məşqlərə başlayıb

A+ A

Sumqayıt, 17 avqust, AZƏRTAC 

Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" futbol klubu 3 günlük istirahətin ardından məşqlərə başlayıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, hazırlıq prosesi "Kapital Bank Arena"da aparılır. Komanda həm fiziki, həm də taktiki çalışmalar üzərində işləyir. İlk iki turda zədə səbəbindən meydana çıxa bilməyən müdafiəçi Bəxtiyar Həsənalızadə artıq tam gücü ilə məşqlərə başlayıb. Maqomed Kurbanov və Mikayıl Rəhimov isə zədə səbəbindən məşqlərdə iştirak etməyib.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatı çərçivəsində avqustun 21-də “Qəbələ”nin qonağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.