İDMAN


“Sumqayıt” futbol klubu yeni mövsümün hazırlıqlarına başlayıb

Sumqayıt, 23 iyun, AZƏRTAC 

“Sumqayıt” futbol klubu 2017/2018-ci illər mövsümü üçün hazırlığa start verib. Komandanın baş məşqçi Samir Abasovun rəhbərliyi ilə “Kapital Bank Arena”da ilk məşqi keçirilib.

“Sumqayıt” FK–nın mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, komanda yeni transferlər də daxil olmaqla, tam heyətlə hazırlaşır. Yalnız bərpa prosesi keçən müdafiəçi Vaqif Güləliyev fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, “Sumqayıt” FK hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də “Səbail”ə qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.