İDMAN
“Sumqayıt” futbol klubunun akademiyası uğurlu çıxışı ilə diqqət çəkir
Sumqayıt, 7 oktyabr, AZƏRTAC
Aşağı yaş qruplarında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkil etdiyi liqalarda 2015/2016-cı illər mövsümünə start verilib. İlk üç turda maksimum nəticə qazanmış “Sumqayıt” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası dördüncü oyunda da qələbə qazanıb.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC -a bildirilib ki, “Ağsu” ilə üz-üzə gələn komanda 8:0 hesablı qələbəyə imza atıb.
Bundan başqa, klubun U-17 komandası da “İnter”i 2:0 hesabı ilə üstələyib.
Həmçinin “Sumqayıt”ın U-10 və U-11 komandaları UGİM-i (Xızı), 13 və 14 yaşadək futbolçulardan ibarət komandası isə AZAL-ı məğlub edib.