REGİONLAR


Sumqayıt gəncləri 2016-cı ilə yekun vurublar

Sumqayıt, 6 yanvar, AZƏRTAC

Sumqayıt gəncləri şəhərin Heydər Əliyev Mərkəzində 2016-cı ilin yekunlarına həsr olunan tədbir keçiriblər. Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Baş İdarədən AZƏRTAC–a bildirilib ki, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov yola saldığımız 2016-cı ilin Sumqayıt şəhəri üçün əhəmiyyətli il olduğunu vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyev şəhərə növbəti səfəri zamanı gənclərin ictimai fəaliyyəti, asudə vaxtlarının səmərəli təşkili, bacarıq və qabiliyyətlərinin nümayiş etdirə bilmələri üçün bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak edib.

Çıxışlarda Sumqayıtda keçirilən bir sıra mötəbər tədbirlərdən də söz açılıb.

Sonda 2016-cı ildə səmərəli fəaliyyət göstərən şəhər təşkilatları təltif olunub.

Tədbir gənc və istedadlı müğənnilərin ifası ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.