REGİONLAR


Sumqayıt kimyaçıları talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyasında iştirak ediblər

A+ A

Sumqayıt, 7 dekabr, AZƏRTAC 

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan və iki gün davam edən qanvermə aksiyasının ilk günündə - dekabrın 6-da Birliyin etilen-polietilen zavodunun könüllü müraciət etmiş 110 işçisindən qan götürülüb.

Dekabrın 7-də isə Təmir-tikinti İdarəsinin və “Azərikimya” İB-nin baş ofisinin əməkdaşları aksiyaya qoşulublar. Aksiyanın ikinci günündə 100-dən çox işçi qan verib.

Qanvermə aksiyasında “Karbamid” zavodunun əməkdaşları və respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin bir qrup könüllüsü də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.