İDMAN


“Sumqayıt” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

Bakı, 30 may, AZƏRTAC

“Sumqayıt” futbol klubu 2017/2018-ci il mövsümü üçün heyətini gücləndirməkdə davam edir.

AZƏRTAC kluba istinadla xəbər verir ki, “Sumqayıt” sol cinah müdafiəçisi Azər Salahlını komandada saxlayıb. İyirmi üç yaşlı futbolçu azad agent qismində komanda ilə birillik müqavilə imzalayıb.

Futbolçu “Sumqayıt”da yenə 19 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Azər Salahlı 2016/2017-ci il mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.