İDMAN
“Sumqayıt” komandası “Bakı”lıları 2:1 hesabı ilə məğlub edib
Sumqayıt, 14 sentyabr (AZƏRTAC). Topaz Premyer Liqasının 5-ci turunun son oyunu keçirilib. Sentyabrın 14-də “Sumqayıt” futbol komandası səfərdə “Bakı” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Bakı” Futbol Klubunun təlim-məşq bazasında keçirilən görüşdə Aqil Məmmədovun yetirmələri paytaxt təmsilçiləri üzərində 2:1 hesablı qələbə qazanıblar.
Qarşılaşmanın 2-ci dəqiqəsində “Bakı”nın oyunçusu Nurlan Novruzov hesabı açıb.
“Sumqayıt” futbolçuları Məhəmməd Qurbanov 57-ci, Kiyan Sultanpur isə qarşılaşmanın 78-ci dəqiqəsində rəqib qapısına qol vuraraq komandanın qələbəsini təmin ediblər.
Qeyd edək ki, “Sumqayıt” FK 5 oyundan sonra 12 xalla turnir cədvəlində birinciliyini qoruyub saxlayır.