İDMAN


“Sumqayıt” komandası Türkiyə Superliqası təmsilçisinə məğlub olub

Bakı, 24 iyul, AZƏRTAC

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız Türkiyə Superliqası təmsilçisi “Sivasspor" klubu ilə üz-üzə gəlib.

Bolu Termal Hotelinin stadionunda keçirilən qarşılaşma komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/2017-ci il mövsümündə Türkiyə birinci liqasını lider olaraq tamamlayıb və Superliqaya yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.