İDMAN


“Sumqayıt” komandası Türkiyədə dörd yoxlama oyununda gücünü sınayacaq

Bakı, 11 iyul, AZƏRTAC

“Sumqayıt” futbol klubu Azərbaycan Premyer Liqasının 2017/2018-ci il mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.

AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq. “Sumqayıt” Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər hələ müəyyənləşməyib.

Komanda Bolunun “VON Resort Hotel”ində məskunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.