REGİONLAR


Sumqayıt məktəblərində son zəngin sədaları yayılıb

Sumqayıt, 14 iyun, Ə.Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər məktəblərində son zəng tədbirləri təntənəli şəkildə qeyd olunub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov 43 nömrəli tam orta məktəbdə keçirilən son zəng tədbirində iştirak edib.

AZƏRTAC xəbər verir ki, icra hakimiyyətinin başçısı müstəqil həyata qədəm qoyan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, öz bilik və bacarıqları ilə Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb.

Tədbirdə çıxış edən müəllim və valideynlər də məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib, onlara müəllimlərin etimadını doğrultmağı arzulayıblar.

Məktəblilərin musiqili-bədii çıxışları ilə davam edən tədbir məzunlara xoş və duyğulu anlar yaşadıb.

Son zəng tədbirində pedaqoji fəaliyyətdə fərqlənən bir qrup müəllimə fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.