REGİONLAR


Sumqayıt məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsinə qoşulublar

A+ A

Sumqayıt, 12 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Sumqayıt məktəbliləri də qoşulublar. Noyabrın 12-də şəhər ümumtəhsil məktəblərinin 40 şagirdindən ibarət qrup Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzinə toplaşan məktəbliləri şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov salamlayıb, şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, dörd gün ərzində reallaşacaq ekskursiyada məktəblilər tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıb. Şagirdləri 4 müəllim və 1 həkim müşayiət edir.

Qeyd edilib ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.

Məktəblilər və uşaqlarını yola salan valideynlər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Tur-aksiya iştirakçıları Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Sonra Sumqayıt məktəbliləri avtobusla ekskursiyaya yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.